25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?

Qeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?

Müəssisə tərəfindən xarici ölkəyə mal ixracı həyata keçirilir. Malların Azərbaycan Respublikasının hüdudlarından kənara daşınmasını (loqistika xidmətini) xarici loqistika şirkəti (qeyri-rezident) icra edir. Bu halda qeyri-rezidentə ödənilən xidmət haqqı məbləği ödəmə mənbəyində vergiyə və ƏDV-yə cəlb edilməlidirmi? Azərbaycan Respublikası ilə həmin xarici şirkətin rezidenti olduğu ölkə arasında "İkiqat vergitutmanın aradan qaldırılması haqqında" qüvvədə olan Saziş mövcuddursa, vergidən azadolunma və ya aşağı tarifin tətbiqi mümkündürmü?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən, beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Eyni zamanda, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.

Buna əsasən, göstərilən daşıma xidmətlərinə görə qeyri-rezidentə aparılan ödəmələrdən 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə ödənilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 165-ci maddəsinin müddəalarına əsasən, beynəlxalq daşıma xidmətləri ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının 5.1-ci bəndinə əsasən, əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcıda doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 165-ci maddələri

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?