6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX nümayəndəsi ƏDV fırıldaqçılığına qarşı mübarizə ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

DVX nümayəndəsi ƏDV fırıldaqçılığına qarşı mübarizə ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

Gürcüstanın Tbilisi şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) “ƏDV fırıldaqçılığı ilə mübarizə” mövzusuna həsr olunmuş beynəlxalq tədbiri keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşı Fərəc Qasımov təqdimatçı ekspert qismində iştirak edib.

Toplantıda Albaniya, Azərbaycan, Bolqarıstan, Danimarka, Ermənistan, Gürcüstan, İrlandiya, Litva, Lüksemburq, Monteneqro, Norveç, Rumıniya, Sloveniya, Şimali Makedoniya, İsveç və Xorvatiya daxil olmaqla bir sıra ölkələrin mütəxəssisləri əyani şəkildə iştirak ediblər, 30-dan çox ölkənin nümayəndəsi isə onlayn formatda qoşulub.

Tədbir çərçivəsində iştirakçı ölkələr tərəfindən ƏDV fırıldaqçılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübə, vergi inzibatçılığında rəqəmsal həllərin tətbiqi, risk əsaslı nəzarət mexanizmləri və məlumat mübadiləsinin effektiv təşkili istiqamətində təqdimatlar keçirilib, fikir mübadiləsi aparılıb.

DVX nümayəndəsi çıxışı zamanı Azərbaycanda vergi sisteminin müasir inkişaf istiqamətləri, vergi fırıldaqçılığı meyillərinin aşkarlanması və qarşısının alınması üzrə tətbiq olunan yanaşmalar, vergi və gömrük orqanları arasında məlumat mübadiləsi mexanizmləri, yeni nəsil nəzarət-kassa aparatlarının imkanları, vergi bəyannamələrinin əvvəlcədən doldurulması mexanizmi, eləcə də rəqəmsal vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.

İştirakçılar tərəfindən Azərbaycanda vergi inzibatçılığının rəqəmsallaşdırılması istiqamətində görülən işlər və ƏDV fırıldaqçılığı ilə mübarizə sahəsində tətbiq olunan qabaqcıl təcrübələr maraqla qarşılanıb.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması