6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətində rəhbər heyət üçün kouçinq proqramına başlanılıb

Dövlət Vergi Xidmətində rəhbər heyət üçün kouçinq proqramına başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində rəhbər heyətin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, fərdi potensialının üzə çıxarılması və dəyər əsaslı idarəetmə prinsiplərinin təşviqi məqsədilə “Kouçinq proqramı”na başlanılıb.

Proqram fərdi və qrup kouçinq sessiyalarını əhatə edir. Fərdi sessiyalar rəhbərlərin peşəkar və şəxsi inkişaf hədəflərinə fokuslanaraq onların güclü tərəflərini daha yaxından qiymətləndirməsinə, inkişaf istiqamətlərini müəyyən etməsinə və idarəetmə bacarıqlarını təkmilləşdirməsinə dəstək verəcək. Qrup sessiyaları isə rəhbər heyət arasında təcrübə mübadiləsinin aparılmasına, ortaq idarəetmə çağırışlarının müzakirəsinə və komanda ilə effektiv əməkdaşlıq bacarıqlarının inkişafına imkan yaradacaq.

Proqram çərçivəsində qrup kouçinq sessiyalarına ümumilikdə 53 nəfər rəhbər vəzifəli şəxsin cəlb olunması nəzərdə tutulur. Qruplar struktur bölmələrin funksional təyinatı və fəaliyyət istiqamətləri nəzərə alınmaqla formalaşdırılıb.

Kouçinq proqramının rəhbər heyətdə daha çevik, nəticə və insan yönümlü idarəetmə yanaşmasının formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması