6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə edilib

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə sahibkarlarla onlayn görüş keçirilib. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş görüşdə mikro və kiçik sahibkarlıq subyektləri, KOB dostları və startapçılar iştirak ediblər.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və yaradılmış yeni texniki imkanlar barədə ətraflı məlumat verib. Təqdimat zamanı biznesə başlamaq üçün tətbiq eidlən müasir yanaşmaların üstünlükləri qeyd olunub. Bildirilib ki, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib və bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyatı tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb.

Xarici investisiyalı hüquqi şəxslərin elektron qeydiyyatı zamanı elektron apostil verilmiş əcnəbi dillərdə olan sənədlərin yoxlanılmaqla tərcüməsinin notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldüyü xüsusi qeyd edilib. Bundan başqa, kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində yaradılmış texniki yeniliklər diqqətə çatdırılıb.

Görüş zamanı Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsinin təsdiqləndiyi diqqətə çatdırılıb. Burada biznesin təsis edilməsi qaydalarının keyfiyyətinin artırılması, biznes startapları üçün rəqəmsal dövlət xidmətlərinin və informasiyanın şəffaflığının təminatı məsələləri öz əksini tapıb. Həmçinin onlayn xidmətlərin genişləndirilməsi istiqamətində görüləcək işlər qeyd edilib.

Görüş iştirakçılarına vergi ödəyicilərinin elektron qeydiyyatı istiqamətində əldə edilmiş nəticələr və bu sahədə rəqəmsallaşmanın pozitiv dinamikası təqdim olunub.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması