27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Özbəkistan arasında vergi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında vergi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Daşkənd şəhərində XVIII “İpək Yolu” Vergi Forumu çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev ilə Özbəkistan Vergi Komitəsinin rəis müavini Jahangir Abdiyev arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrinin inkişaf etdiyi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli irəliləyişlərin müşahidə olunduğu vurğulanıb. Özbəkistan və Azərbaycanda vergi inzibatçılığı sahəsində tətbiq edilən yeniliklər, rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və vergi inzibatçılığı sahəsində aparılan digər islahatlar müzakirə edilib. Bu yeniliklərin qarşılıqlı təcrübə mübadiləsi əsasında paylaşılmasının vergi inzibatçılığının effektivliyinin artırılması və könüllü əməletmənin yüksəldilməsi baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?