4 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin nümayəndə heyəti Daşkənddə keçirilmiş "İpək Yolu" Vergi Forumunda iştirak edib

Daşkənd şəhərində XVIII "İpək Yolu" Vergi Forumu keçirilib. Tədbir Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi (ITIC) və Özbəkistan Respublikasının Vergi Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. 12 ölkənin nümayəndə heyətinin təmsil edildiyi tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Foruma region ölkələrinin vergi orqanlarının, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri də qatılıb.

Forumun birinci günündə regionun iqtisadi inkişafı və vergi siyasətinə dair mühüm məsələlərə həsr olunmuş tematik sessiyalar keçirilib. Sessiyalar çərçivəsində regiondakı iqtisadi tendensiyalar, mövcud çağırışlar və imkanlar, fiskal siyasətə yanaşmalar, davamlı iqtisadi artımın təmin olunmasında vergi və gömrük islahatlarının rolu, vergi siyasətinin investisiyaların cəlb olunmasındakı əhəmiyyəti, vergi rejimlərinin sabitliyinin təmin edilməsi, inzibati yükün azaldılması, ƏDV sisteminin modernləşdirilməsi və beynəlxalq vergi əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib. Eyni zamanda, dolayı vergilərin, o cümlədən ƏDV və aksiz vergilərinin idarəetməsinin təkmilləşdirilməsi, büdcə daxilolmalarının sabitliyi, bu sahədə müasir tendensiyalar, mövcud təcrübələr, birbaşa vergilər və onların idarə olunması məsələləri nəzərdən keçirilib.

Forumun ikinci günündə ƏDV sisteminin təkmilləşdirilməsi, effektiv ƏDV modelinin qurulmasının əsas prinsipləri və region ölkələrində tətbiqi xüsusiyyətləri, rəqəmsal iqtisadiyyatın və transsərhəd əməliyyatların vergiyə cəlb olunması məsələləri gündəmə gətirilib. Kriptovalyutalar və rəqəmsal aktivlərin vergi aspektləri, vergi qaydalarının şəffaflığının və müəyyənliyinin təmin edilməsi, transfer qiymətləri sahəsində əməkdaşlıq, eləcə də beynəlxalq təşəbbüslər diqqətə çatdırılıb. Forum çərçivəsində transsərhəd vergitutmasının texniki məsələləri, ikiqat vergitutmanın tənzimlənməsi və əvvəlcədən qiymət razılaşmaları (Advance Pricing Agreements – APA) mexanizmləri də müzakirə olunub. Azərbaycan nümayəndə heyəti beynəlxalq vergitutma və transfer qiymətləri, ikiqat vergitutma sazişləri üzrə vergi siyasəti, aksiz vergiləri sahəsində təqib və izləmə sistemləri üzrə təqdimatlar edib.

Forum region ölkələri arasında vergi sahəsində əməkdaşlığın inkişafı və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm platforma olub.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?