4 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-də orta rəhbər heyət üçün “Liderlik proqramı” təlimləri keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) çalışan orta rəhbər heyətin yumşaq bacarıqlarının və idarəçilik səriştələrinin inkişaf etdirilməsi, həmçinin qurumun “Səriştə modeli”nin onlara çatdırılması məqsədilə 150 nəfər orta rəhbər heyət üçün “Liderlik proqramı” təşkil olunub.

Proqram çərçivəsində iştirakçılar “Liderlik”, “Vətəndaşlara xidmət”, “Nəticəyönümlülük” və “Emosional intellekt, kommunikasiya və komanda işi” mövzularında keçirilən təlimlərdə iştirak ediblər. Təlimlər “ALPHA Coaching & Consulting” şirkətinin peşəkar təlimçiləri Elçin Əzimli və Fidan Əzimli tərəfindən keçirilib.

“Liderlik proqramı”na qatılan iştirakçılar fikirlərini “vergiler.az”-ın oxucuları ilə bölüşüblər.

Proqramda iştirak edən Maliyyə baş idarəsinin Mühasibat uçotu və hesabat şöbəsinin rəisi İlqar Cəfərov bildirib ki, keçirilən sessiyalar əməkdaşlar arasında ilkin tanışlığın yaranmasına, səmimi ünsiyyət mühitinin formalaşmasına və gələcək iş prosesində əməkdaşlığın güclənməsinə müsbət təsir göstərir. Onun sözlərinə görə, bu cür qarşılıqlı əlaqə komanda daxilində daha effektiv iş mühitinin qurulmasına şərait yaradır. “Bu təlim psixoloji baxımdan olduqca faydalıdır. İnsan sanki hər şeyə daha təmkinlə, səbrlə və fərqli prizmadan yanaşmağa başlayır”, – deyə qeyd edən əməkdaş əlavə edib ki, təlimlər iştirakçılara gündəlik iş prosesində formalaşmış rutin yanaşmalara yenidən baxmaq və öz səhvlərini daha aydın görmək imkanı yaradır.

Təlimlərə qatılan Media və kommunikasiya idarəsinin rəis müavini, Media şöbəsinin rəisi Günel Bəhramqızı bildirib ki, proqram onun üçün həm maraqlı, həm də gündəlik iş fəaliyyətinə birbaşa töhfə verən faydalı təcrübə olub. Onun sözlərinə görə, ünsiyyət, komanda işi, qərarvermə və emosional intellekt mövzularının real iş situasiyaları əsasında izahı materialın daha anlaşılan və tətbiq yönümlü olmasını təmin edib. Təlim eyni zamanda əməkdaşlar arasında qarşılıqlı əlaqələrin güclənməsinə və komanda ruhunun formalaşmasına müsbət təsir göstərib. Həmçinin, təlimçilər Elçin Əzimli və Fidan Əzimli tərəfindən mövzuların aydın və interaktiv təqdim olunması təlimin effektivliyini artırıb. Onun fikrincə, ümumilikdə, bu cür proqramların davamlı təşkili həm fərdi inkişaf, həm də iş mühitinin səmərəliliyinin yüksəldilməsi baxımından məqsədəuyğun hesab olunur.

“Liderlik proqramı” çərçivəsində keçirilən təlimləri yüksək qiymətləndirən Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Səməd Bayramlı qeyd edib ki, proqram həm bilik və bacarıqlarının inkişafına, həm də əməkdaşlarla qarşılıqlı əlaqədə daha peşəkar yanaşmaların tətbiqinə mühüm töhfə verib.

“Liderlik proqramı” çərçivəsində keçirilən təlimlərdə iştirak edən Milli Gəlirlər Baş İdarəsinin Xüsusi rejimli vergi ödəyiciləri üzrə vergi və sosial sığorta öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəis müavini Gültəkin Hadıyeva proqramın onun üçün olduqca məhsuldar keçdiyini bildirib. Onun sözlərinə görə, liderlik keyfiyyətlərinin müasir idarəçilik prinsipləri ilə uzlaşdırılması üzrə təqdim olunan mövzular praktiki baxımdan faydalı olub və bu kimi təlimlərin davamlı təşkili məqsədəuyğun hesab edilir. Qeyd olunub ki, proqram çərçivəsində Dövlət Vergi Xidmətinin səriştə modelini daha dərindən mənimsəyərək təşkilatın gözləntilərini daha aydın dərk edib, həmçinin idarəçilik alətləri üzrə biliklərini artırıb. Eyni zamanda, digər struktur bölmələrin rəhbər heyəti ilə şəbəkələşmə və təcrübə mübadiləsi imkanlarını da proqramın əsas üstünlükləri kimi qiymətləndirib.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?