6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
UNEC tələbələri üçün Yay Təcrübə Proqramının təqdimatı və vergi bilikləri üzrə təlimlər keçirilib

UNEC tələbələri üçün Yay Təcrübə Proqramının təqdimatı və vergi bilikləri üzrə təlimlər keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün maarifləndirici təlimlər təşkil olunub. Təlimlər zamanı DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşı tərəfindən Yay Təcrübə Proqramına dair təqdimat keçirilib. Təqdimatda proqramın məqsədləri, gənc mütəxəssislərin peşəkar inkişafına verəcəyi töhfələr, eləcə də iştirakçılar üçün yaradılan karyera imkanları barədə ətraflı məlumat verilib.

Görüşlər çərçivəsində DVX-nin Tədris Mərkəzinin əməkdaşı tərəfindən “Mənfəət vergisinin əsasları: vergi ödəyiciləri, vergitutma obyekti və xərclərin uçotu” mövzusunda təlimlər də keçirilib. Təlimlər zamanı mənfəət vergisinin ödəyiciləri olan hüquqi şəxslərin müəyyən edilməsi, vergitutma obyektinin formalaşma prinsipləri, gəlirdən çıxılan xərclərin tərkibi və uçotun aparılması qaydaları kimi əsas istiqamətlər izah olunub.

İnteraktiv formatda təşkil edilən təlimlərdə tələbələr mövzularla bağlı müzakirələrdə fəal iştirak ediblər. Sonda iştirakçıların vergi qanunvericiliyi və Yay Təcrübə Proqramı ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb.

Xatırladaq ki, Yay Təcrübə Proqramına qeydiyyat aşağıdakı link vasitəsilə cari ilin may ayının 10-na qədər davam edir:

https://shorturl.az/IWVfs

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması