6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidməti maarifləndirici bukletlər hazırlayıb

Dövlət Vergi Xidməti maarifləndirici bukletlər hazırlayıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyə edilmiş yeniliklər nəzərə alınmaqla maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib. Hazırlanan bukletlər aşağıdakı mövzuları əhatə edir:

  • Yerli (bələdiyyə) vergiləri;
  • Əlavə Dəyər Vergisi (ƏDV);
  • Dövlət büdcəsinə ödənilən əmlak vergisi;
  • Aksizlər;
  • Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi və sosial sığorta haqları;
  • Fiziki şəxslərin uçotu;
  • Fiziki şəxslərin gəlir vergisi (sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə) ;
  • İcbari tibbi sığorta üzrə ödənişlər;
  • İşğaldan azad edilmiş ərazilərdə vergitutma;
  • Kommersiya qurumlarının dövlət qeydiyyatı;
  • Maliyyə sanksiyaları və məsuliyyət tədbirləri;
  • Mədən və mənfəət vergiləri;
  • Nağdsız hesablaşmalar;
  • Naxçıvan Muxtar Respublikasında vergitutmanın xüsusiyyətləri;
  • Sadələşdirilmiş vergi və sərnişindaşıma fəaliyyəti üzrə ödənişlər;
  • Ailə kəndli təsərrüfatları üçün sosial sığorta ödənişləri;
  • Torpaq vergisi;
  • Üfüqi monitorinq modeli;
  • Vergi ödəyicisinin hüquq və vəzifələri;
  • Vergi öhdəliklərinin yerinə yetirilməsi;
  • Vergi qanunvericiliyinin pozulması halları;
  • Onlayn kassa aparatlarının tətbiqi;
  • Aylıq sabit məbləğdə ödənişlərin hesablanması və ödənilməsi.

Vergi ödəyiciləri bukletlərlə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə (2026)” altbölməsi vasitəsilə tanış ola bilərlər.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması