6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib

Vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikasında vergi ödəyiciləri ilə maarifləndirici görüşlər təşkil olunub. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tədbirlər 2, 3 və 4 saylı Ərazi Vergilər İdarələrinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərini əhatə edib. “Vergi intizamı: nəzarət-kassa aparatlarının tətbiqi” mövzusuna həsr olunan görüşlərdə bildirilib ki, ölkədə formalaşmış müasir vergi sistemi iqtisadi inkişafın əsas sütunlarından biridir və vergi öhdəliklərinə könüllü əməl olunması bu prosesdə xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun düzgün aparılması, vergilərin vaxtında və tam ödənilməsi, əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi əsas vəzifələrdəndir.

Görüşlərdə nəzarət-kassa aparatlarının tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb və bildirilib ki, pərakəndə ticarət, iaşə, xidmət və digər sahələrdə fəaliyyət göstərən subyektlər tərəfindən hesablaşmaların bu aparatlar vasitəsilə aparılması, istehlakçılara çeklərin təqdim olunması şəffaflığa xidmət edir. Eyni zamanda, nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə POS-terminallardan istifadənin vacibliyi diqqətə çatdırılıb. İştirakçılara qanunvericiliyin tələblərinin pozulması hallarında maliyyə sanksiyalarının tətbiq olunduğu xatırladılıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın təşviqi məqsədilə tətbiq olunan vergi və sosial güzəştlər barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, mövcud güzəştlər biznes mühitinin yaxşılaşdırılmasına, investisiyaların cəlbinə və iqtisadi fəallığın artırılmasına yönəlib.

Görüşlər çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və vergi qanunvericiliyinin düzgün tətbiqi ilə bağlı tövsiyələr verilib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması