6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 95,7 faizi həll olunub

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 95,7 faizi həll olunub

2026-cı ilin yanvar-mart aylarında Naxçıvanda vergi orqanlarına ümumilikdə 361 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azdır. Müraciətlərdən 88,4 faizini ərizələr, 11 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 95,8 faizinin baxılması cari dövr ərzində başa çatdırılıb, 4,2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,7 faizi həll olunub, 2,9 faizi ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib, qalanları barədə müvafiq izahat verilib.

Daxil olmuş faktiki şikayətlərdən 92,5 faizi həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi bəyannamələri, vergi borcu, vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.

2026-cı ilin yanvar-mart aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 63 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması