4 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

2026-ci ilin 1-ci rübü ərzində vergi orqanlarına 108.117 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz azdır. Müraciətlərdən 94,1 faizi ərizə, 5,8 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub.

Daxil olmuş müraciətlərdən 88,6 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 11,4 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 61,8 faizi həll olunub, 36,6 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Hesabat dövründə baxılmış faktiki şikayətlərdən 1.142-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, vergi ödəyicisinin qeydiyyatı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdırılməsi, vergi borcu və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 113, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?