4 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Öhdəlik daşıyan şəxslər üçün təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən “Öhdəlik daşıyan şəxslər tərəfindən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində mövcud qanunvericilik tələblərinin tətbiqi” mövzusunda təlim təşkil olunub.

DVX-nin Maliyyə monitorinqi şöbəsi tərəfindən keçirilən tədbirin əsas məqsədi adıçəkilən sahədə mövcud tələblər barədə məlumatlılığın artırılması, praktiki tətbiq zamanı qarşıya çıxan məsələlərin izah edilməsi, həmçinin şübhəli əməliyyatların müəyyənləşdirilməsi və müvafiq qaydada bildirilməsi mexanizmlərinin iştirakçıların diqqətinə çatdırılması olub.

Təlim zamanı DVX nümayəndələri tərəfindən təqdimatlar keçirilib. Təqdimatlarda öhdəlik daşıyan şəxslər üçün hazırlanmış metodiki materiallar, daxili nəzarət proqramının əsas komponentləri, risk əsaslı yanaşmanın tətbiqi, statistik göstəricilər, imza səlahiyyətli şəxslərlə bağlı monitorinqlər, eləcə də Şübhəli Əməliyyatların Monitorinq Sistemi (ŞƏMS) barədə geniş məlumat verilib. Qeyd olunub ki, hazırda 2.271 öhdəlik daşıyan şəxs ŞƏMS platformasında qeydiyyatdan keçib. Qüvvədə olan qanunvericiliyə əsasən, rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslər müəyyən hallarda öhdəlik daşıyan şəxslər hesab olunurlar və fəaliyyətlərini ƏL/TMM sahəsində mövcud tələblərə uyğun təşkil etməlidirlər. Bu çərçivədə daxili nəzarət sisteminin qurulması, müştərilərin eyniləşdirilməsi və verifikasiyası, institusional risklərin qiymətləndirilməsi, mürəkkəb və qeyri-adi əməliyyatların təhlili, şübhəli əməliyyatlar barədə məlumatların qanunvericiliyə uyğun qaydada Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi əsas öhdəliklər sırasındadır.

DVX tərəfindən bu istiqamətdə məlumatlandırma və maarifləndirmə tədbirləri davam etdiriləcək.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?