6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası ilə görüş keçirilib

Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sahibkarlıq subyektlərinin qarşılaşdığı çətinliklərin operativ öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində müxtəlif assosiasiyalarla silsilə görüşlərini davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsinin nümayəndələri ilə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının üzvləri arasında baş tutub.

Görüş zamanı dövlət - biznes dialoqunun əhəmiyyəti vurğulanıb, DVX-nin özəl sektorla sıx əməkdaşlığa xüsusi önəm verdiyi, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların rəy və təkliflərinin mütəmadi olaraq dinlənildiyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Assosiasiya üzvləri idxal – ixrac əməliyyatları zamanı qarşılaşdıqları məsələlərə diqqət çəkib, sahənin inkişafı və daxili istehsalın dəstəklənməsi ilə bağlı təkliflərini irəli sürüblər.

Sahibkarlar qlobal amillərin təsiri nəticəsində xammalın qiymətində və logistika xərclərində yaranan artımları əsas gətirərək, qablaşdırma sənayesi üzrə mənfəət vergisi yükünün optimallaşdırılması təşəbbüsü ilə çıxış ediblər.

Yekunda sahibkarlar tərəfindən qaldırılan məsələlərin ətraflı təhlil ediləcəyi və həlli istiqamətində digər dövlət qurumları ilə koordinasiyalı şəkildə zəruri addımlar atılacağı vurğulanıb.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması