6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Dövlət auditi" mövzusunda təlim təşkil olunub

"Dövlət auditi" mövzusunda təlim təşkil olunub

Azərbaycan Respublikası Hesablama Palatası ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində DVX-nin audit strukturlarında fəaliyyət göstərən əməkdaşlar üçün “Dövlət auditi” mövzusunda təlim keçirilib.

Hesablama Palatasının Tədris Mərkəzinin rəhbəri Ramal Əzizov və DVX Tədris Mərkəzinin rəisinin müavini Mirəli Kazımov çıxış edərək qurumlararası əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Memorandum çərçivəsində təsdiq edilmiş ilkin fəaliyyət planına uyğun olaraq dövlət maliyyə nəzarəti sahəsində bilik və bacarıqların artırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Hesablama Palatasının mütəxəssisləri tərəfindən keçirilən təlim çərçivəsində dövlət büdcəsinin icrası, maliyyə resurslarının səmərəli idarə olunması, risk əsaslı audit yanaşmaları, eləcə də şəffaflıq və hesabatlılıq prinsiplərinə dair təqdimatlar edilib.

Təlim interaktiv müzakirələr və sual-cavab sessiyaları ilə davam edib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması