6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib

Ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahəvi assosiasiyalarla silsilə görüşlərini davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsinin əməkdaşları ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin (İB) üzvləri arasında keçirilib.

Görüş zamanı biznes nümayəndələri ilə davamlı və səmərəli kommunikasiyanın qurulmasına DVX tərəfindən xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, inzibatçılıq və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində özəl sektorun təklifləri mütəmadi olaraq toplanır.

Tədbirdə çıxış edən assosiasiya üzvləri gündəlik fəaliyyət zamanı qarşılaşdıqları praktiki məsələləri, xüsusilə zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi mexanizmlərini diqqətə çatdıraraq öz təkliflərini səsləndiriblər. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar qida və qeyri-qida məhsulları üzrə təbii itki normalarına yenidən baxılmasını, həmçinin xarabolma halları üzrə vahid normaların müəyyən edilməsini təklif ediblər.

Müzakirələrin sonunda dövlət-biznes tərəfdaşlığının daha da gücləndiriləcəyi və sahibkarların rəyinin öyrənilməsi məqsədilə bu formatda dialoqların davam etdiriləcəyi diqqətə çatdırılıb.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması