6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?

ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?

Bizə xidmət göstərən şirkət tərəfindən 5 mart tarixində 5.900 manat, 20 mart tarixində isə 11.800 manat məbləğində ƏDV-daxil elektron qaimə-fakturalar təqdim olunub. Texniki səhv nəticəsində ilk elektron qaimə-faktura üzrə göstərilən bütün məbləğ müştərinin depozit hesabına ƏDV kimi köçürülüb. Bu səbəbdən, əsas məbləğdən artıq ödəniş yaranıb və həmin artıq məbləğ nəzərə alınmaqla 20 aprel tarixli növbəti elektron qaimə-faktura üzrə ödəniş aparılarkən ƏDV məbləği əvvəlki artıq ödəniş qədər azaldılaraq ödənilib. Nəticədə hər iki e-qaimə üzrə həm əsas məbləğ, həm də ƏDV üzrə bütün öhdəliklər tam şəkildə yerinə yetirilib. Sadəcə olaraq, e-qaimələr üzrə ƏDV-nin bölgüsü nisbətən fərqli əks olunub - birinci e-qaimə üzrə ƏDV qeyd olunandan çox, ikinci e-qaimə üzrə isə daha az ödənilib. Hər iki e-qaimə üzrə edilən ödənişlərin həmin ayın ƏDV bəyannaməsində əvəzləşdirilməsi mümkündürmü? Bu texniki uyğunsuzluq gələcəkdə hər hansı vergi pozuntusu və ya maliyyə sanksiyasına səbəb ola bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Eyni zamanda, Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı hesab olunur.

Buna əsasən, müvafiq hesabat dövrü ərzində alınmış elektron qaimə-fakturalar üzrə malların (işlərin, xidmətlərin) dəyəri və ona mütənasib ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun qaydada ödənildiyi halda, həmin ƏDV məbləği müvafiq hesabat dövründə əvəzləşdirilə bilər.

Əlavə olaraq, sorğuda qeyd olunan əməliyyatlar üzrə vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından işin faktiki halları açıqlanmaqla təsdiqedici sənədlər əsasında qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması