6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib

Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib. DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək intellektual turnirin əhəmiyyəti, vergi işçiləri arasında kommunikasiyanın gücləndirilməsi və komanda işinin təşkilinə töhfələri barədə fikirlərini bölüşərək komandalara uğurlar arzulayıb.

Turnirin bu mərhələsinə 24 komanda qatılıb. Altı raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara aid suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar təşkilatçı tərəfindən təqdim edilən xüsusi məlumat formasında təhvil verilib. Cavablar turnirin münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bununla da ikinci yarımfinal mərhələsində uğurlu nəticə göstərən daha 12 komanda finala vəsiqə qazanıb.

Xatırladaq ki, turnirin final mərhələsi may ayında keçiriləcək.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması