9 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti beşinci Yay Təcrübə Proqramına qəbul elan edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tələbələrin bilik və bacarıqlarının artırılmasına və şəxsi inkişafına dəstək vermək məqsədilə ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca beşinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir. Proqramda iştirak etmək istəyən tələbələr 2026-cı il aprel ayının 10-dan may ayının 10-dək Dövlət Vergi Xidmətinə müraciət etməklə seçim turlarına qoşula bilərlər.

“Yay Təcrübə Proqramı”nın seçim turu 3 mərhələdən ibarət olacaq. 1-ci mərhələ sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması, 2-ci mərhələ namizədlərin özünütəqdimat video çıxışlarının dəyərləndirilməsi, 3-cü mərhələ isə namizədlərin qrup tapşırıqları üzrə qiymətləndirilməsi ilə bağlıdır.

“Yay Təcrübə Proqramı” iyul ayının 6-dan sentyabr ayının 4-dək davam edəcək. Hər üç seçim mərhələsindən uğurla keçən tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Tədris Mərkəzində iştirakçılara peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər, onların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək.

Daha sonra tələbələr DVX-nin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində praktiki təcrübə keçəcəklər.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan əsas tələblər aşağıdakılardır:

- Azərbaycan Respublikasının vətəndaşı olmalı;

- Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin sonuncu kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;

- Cari tədris ilinin payız semestri üzrə ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.

Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 10 aprel 2026-cı il saat 09:00-dan 10 may saat 23:59-dək həyata keçiriləcək. üraciətlər göndərilərkən mövzu hissəsində “Yay Təcrübə Proqramı 2026” qeyd edilməklə yanaşı, şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

“Yay Təcrübə Proqramı”nın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılmasına və şəxsi inkişafına dəstək verməkdir. Tələbələr təcrübə proqramı vasitəsilə nəzəri biliklərini tətbiq etmək, vergi sahəsində yeni bilik və bacarıqlar formalaşdırmaq imkanı qazanacaqlar. Proqramı uğurla tamamlayan tələbələrin namizədliyi dövlət vergi orqanlarına daimi işə qəbul üçün dəyərləndiriləcək.

Ətraflı məlumat üçün: https://www.taxes.gov.az/az/post/4696

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?