6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Transfer qiymətlərinin tətbiqi ilə bağlı müzakirələr aparılıb

Transfer qiymətlərinin tətbiqi ilə bağlı müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin nümayəndələri ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Vergi və Gömrük Komitəsinin üzvləri arasında görüş keçirilib. Görüşdə transfer qiymətlərinin tətbiqi və qeyri-rezidentlərin ƏDV məqsədləri üçün qeydiyyatı məsələləri müzakirə olunub, transfer qiyməti siyasətinin düzgün qurulması və müvafiq qaydada sənədləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu sahədə peşəkar və sistemli yanaşma investisiya mühitinin daha əlverişli olmasına, rəqabət şəraitinin sağlam əsaslarla inkişafına, eləcə də biznes subyektlərinin hüquqi və fiskal dayanıqlığının gücləndirilməsinə müsbət təsir göstərir.

Görüşdə DVX nümayəndələri transfer qiymətlərinin əvvəlcədən razılaşdırılması (Advance Pricing Agreement) mexanizmi üzrə qanunvericiliyin təqdim etdiyi imkanlar, müraciət qaydaları və tətbiq prosedurlarını geniş şərh ediblər, bu alətin vergi risklərinin effektiv şəkildə idarə olunmasında əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərin ƏDV məqsədləri üçün qeydiyyatı ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklər barədə məlumat verilib, həmin dəyişikliklərin mahiyyəti, tətbiq mexanizmi və qeyri-rezident vergi ödəyiciləri üçün yarada biləcəyi praktiki nəticələr iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir interaktiv formatda keçirilib, AmCham nümayəndələri tərəfindən ünvanlanan suallar cavablandırılıb və praktiki məsələlər üzrə ətraflı izahatlar verilib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması