6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb

Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını hazırlayıb. Siyahı hazırlanarkən büdcə təşkilatları nəzərə alınmayıb.

Bu təşəbbüs vergi ödəyiciləri arasında şəffaflığın və könüllü əməletmə mədəniyyətinin təşviqinə xidmət edir, eyni zamanda, iqtisadi fəaliyyətin leqallaşdırılması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət Vergi Xidməti vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir və bu kimi təşəbbüslərin biznes mühitində şəffaflığın artırılmasına töhfə verdiyini vurğulayır.

Siyahılarla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması