6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Düz xətt metodunda amortizasiya xərcləri necə hesablanacaq?

Düz xətt metodunda amortizasiya xərcləri necə hesablanacaq?

2026-cı ildən etibarən vergi nəzarətində beynəlxalq təcrübədə geniş istifadə olunan üfüqi monitorinq mexanizminin tətbiqi vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır. Üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu ilə hesablanması seçimi verilir. Bəs bu zaman hesablamalar necə aparılacaq? Keçid necə tənzimlənəcək?

“vergiler.az” xəbər verir ki, bu suallara vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” adlı tədbirdə aydınlıq gətirib. Onun sözlərinə görə, üfüqi monitorinqə qəbul olunan vergi ödəyiciləri amortizasiya hesablamaları üçün həm düz xətt metodunu, həm də azalan qalıq metodunu tətbiq edə bilərlər: “Üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicisinin mütləq düz xətt metodu, yaxud mütləq azalan qalıq metodu tətbiq etməsi kimi bir tələb yoxdur. Bu onların seçimindən asılıdır. Bilirik ki, indiyədək bütün vergi ödəyiciləri amortizasiyaların hesablanması zamanı azalan qalıq metodunu tətbiq edirdilər. Yalnız qeyri-maddi aktivlər üzrə düz xətt metodu tətbiq olunurdu. Artıq bu hal digər əsas vəsaitlərə də şamil ediləcək”.

X.Feyzullayev yeni qaydalarla amortizasiya hesablamalarını nümunə əsasında belə izah edib: “Hesab edək ki, vergi ödəyicisi 2023-cü ildə əmlaka sahib olub. Məsələn, bir nəqliyyat vasitəsi alıb və 2023-cü ildən bəri azalan qalıq metodu ilə amortizasiyaları hesablayır. Tutaq ki, 2026-cı ilin sonuna vergi ödəyicisinin həmin nəqliyyat vasitəsinə görə müəyyən bir qalığı yaranıb. Məsələn, nəqliyyat vasitəsi 2023-cü ildə 10.000 manata alınıb və əsas vəsait kimi amortizasiya olunub. Bu zaman ilin sonuna bu şəxsin 5.000 manat qalığı qalıb. Belə olan halda, həmin şəxs keçid dövründə olan qalıq dəyəri, yəni 5.000 manatı onun qalıq müddətinə bölərək düz xətt metodu ilə sabit şəkildə amortizasiya edə biləcək. Fərz edək ki, nəqliyyat vasitəsinin amortizasiya müddəti 11 ildir. 2023-cü ildən 2026-cı ilə qədər artıq 3 il müddət keçdiyinə görə, dövrün sonuna qalıq dəyəri olan 5.000 manatı 8 ilə bölməklə düz xətt metodu ilə hesablama apara bilərlər:

5.000 : 8 = 625 manat”.

Fərqanə ALLAHVERDİQIZI

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması