6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-də “Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvləri ilə görüş keçirilib

DVX-də “Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin təkmilləşdirilməsi məqsədilə assosiasiyalarla keçirilən silsilə görüşlər davam edir.

Növbəti işgüzar görüş DVX-nin Vergi siyasəti baş idarəsi ilə “Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvləri arasında baş tutub. Görüşdə sahəvi qanunvericiliyin təkmilləşdirilməsi, inzibatçılığın optimallaşdırılması və sektorun inkişaf perspektivləri müzakirə edilib.

Assosiasiya üzvləri şərabçılıq sahəsindəki mövcud vəziyyət barədə məlumat verərək, yerli istehsalın qorunması və rəqabət qabiliyyətinin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, spirtli içkilərin istehsalı sahəsində həyata keçirilən şəffaflaşma tədbirləri artıq öz bəhrəsini verməkdədir. Qeyd edib ki, bu sahədə qeydə alınan iqtisadi göstəricilərdə, o cümlədən əmək müqavilələrinin şəffaflaşması nəticəsində sektorda rəsmi işçi sayında artım müşahidə olunur.

Görüşdə qanunsuz sahibkarlıqla mübarizə,qanunun tələblərinə əməletmə vəziyyəti və bu sektorun inkişafının dəstəklənməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüşün yekununda baş idarə rəisi vurğulayıb ki, sahibkarlar tərəfindən qaldırılan bütün məsələlər ətraflı təhlil ediləcək və onların həlli istiqamətində digər dövlət qurumları ilə koordinasiyalı şəkildə zəruri addımlar atılacaq.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması