6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib

İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə maarifləndirici görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikasında ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin maarifləndirilməsi məqsədilə görüşlər keçirilib.

Tədbirlər zamanı Vergi Məcəlləsində edilmiş dəyişikliklər, xüsusilə ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün nəzərdə tutulan vergi güzəştləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Vergi Məcəlləsinin müvafiq maddəsində edilmiş dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin növbəti 3 il müddətində hesabat dövrü ərzində nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödənişlər əsasında formalaşan dövriyyəsinin 50 faizi vergi tutulan ümumi dövriyyədən çıxılır. Qeyd olunub ki, bu güzəştdən istifadə edilməsi üçün nağdsız ödənişlərin nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya olunmuş POS-terminal vasitəsilə həyata keçirilməsi tələb olunur. Diqqətə çatdırılıb ki, qeyd edilən güzəşt nəticəsində ƏDV məbləğinin azaldılması hesabına əldə olunan gəlirlər mənfəət və gəlir vergisindən azad edilir.

Maarifləndirici görüşlər çərçivəsində vergi ödəyicilərinin sualları cavablandırılıb, yeni dəyişikliklərin tətbiqi qaydaları izah olunub və nağdsız ödənişlərin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması