6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bir sıra ərizə formaları yenilənib

Bir sıra ərizə formaları yenilənib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının 21 iyun, 14 iyul və 9 dekabr 2025-ci il tarixli qanunları ilə Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq vergi orqanı tərəfindən təsdiq edilmiş bəzi normativ sənədlərin yenilənməsi zərurəti yaranıb. Bu çərçivədə aşağıdakı ərizə formaları yeni redaksiyada təsdiq edilib:

1. “Fiziki şəxsin uçotu haqqında Ərizə” və ona əlavələr;

2. “Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması haqqında Ərizə”;

3. “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında Ərizə”;

4. Vergi Məcəlləsinin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə Ərizə;

5. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə;

6. “Fiziki şəxsin uçotdan çıxarılması haqqında Ərizə”.

Bununla yanaşı, Vergi Məcəlləsinin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə formasının doldurulması qaydası da yeni redaksiyada təsdiq edilib.

Bununla da müvafiq ərizə formaları ilə bağlı əvvəlki illərdə təsdiq edilmiş sənədlər ləğv edilib. Ərizə formaları və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması