27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kommersiya qurumlarının sayı 6,9 faiz artıb

Kommersiya qurumlarının sayı 6,9 faiz artıb

2026-cı ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.690.311 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,7 faiz, hüquqi şəxslərin sayı 6,3 faiz artıb.

Mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206.250 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz çoxdur.

2026-cı ilin fevral ayında 1.163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1 faizi yerli investisiyalı, 8,9 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 88 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,4 faiz təşkil edib.

2026-cı ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mart ayının 1-nə aktiv kommersiya qurumlarının sayı 7,4 faiz artıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?