14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin rəisi Özbəkistanda ikitərəfli görüşlər keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz, Orta Asiya və Monqolustan Vergi Orqanları Rəhbərlərinin 3-cü Forumunda iştirak üçün Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində DVX rəisinin Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov və Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamenti direktorunun müavini Marqaret Kotton ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə qarşılıqlı əməkdaşlığın cari statusu və yeni imkanlar müzakirə edilib.

Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov ilə görüş zamanı vergi sahəsində qarşılıqlı fəaliyyətin səmərəli nəticələri vurğulanıb. Qeyd edilib ki, ölkələrimizin vergi orqanları arasında əməkdaşlıq üçün yeni imkanlar mövcuddur və işgüzar səfərlər ikitərəfli əlaqələrin dərinləşməsinə əhəmiyyətli töhfələr verir. DVX rəisi vergi inzibatçılığında yeniliklər, rəqəmsallaşma sahəsində tətbiq edilən innovativ həllər, könüllü vergi əməletməsinin təşviqi üçün mexanizmlər, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması üçün təcrübə mübadiləsinin faydaları barədə fikirlərini bölüşüb. Tərəflər arasında vergi inzibatçılığında data analitikanın tətbiqi, məlumat bazaları arasında inteqrasiya, vergi inzibatçılığının inkişafı üçün yeni texnoloji həllər barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkənin vergi orqanları arasında təcrübə mübadiləsinin davam etdirilməsi üçün işgüzar təmasların və müştərək təşəbbüslərin reallaşdırılması üçün yeni imkanlar nəzərdən keçirilib.

BVF-nin Fiskal Məsələlər Departamenti direktorunun müavini Marqaret Kotton ilə görüşdə əməkdaşlıq gündəliyinin cari vəziyyəti nəzərdən keçirilib. BVF-nin vergi inzibatçılığının təkmilləşdirilməsinə dair beynəlxalq araşdırmaları, hesabatları və TADAT kimi metodologiya sənədlərinin DVX tərəfindən təhlil edildiyi və diqqət mərkəzində saxlanıldığı vurğulanıb. DVX rəisi ölkəmizdə “kölgə iqtisadiyyatı” ilə mübarizə, şəffaflaşmanın artırılması və vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi ilə bağlı islahatlar üzrə son tədbirlər və əldə olunan nəticələr barədə BVF nümayəndələrini məlumatlandırıb. Bildirilib ki, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçün strategiyası”nda təsbit olunan əsas fəaliyyət istiqamətləri vergi sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcək.

Görüşdə gələcək əməkdaşlığın qarşılıqlı maraq doğuran yeni istiqamətləri, perspektivli təşəbbüslər və müxtəlif vergi orqanlarının beynəlxalq tərəfdaşlığı üçün mümkün platformalar barədə fikir mübadiləsi aparılıb.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?