27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyiciləri ilə maarifləndirici görüş keçirilib

Vergi ödəyiciləri ilə maarifləndirici görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Bakı şəhəri üzrə qeydiyyatda olan vergi ödəyiciləri ilə maarifləndirici görüş təşkil edilib. Məqsəd vergi ödəyicilərinin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri barədə məlumatlandırılması olub. Görüş zamanı Vergi Məcəlləsində edilmiş dəyişikliklər, elektron xidmətlərin tətbiqi, uçotun düzgün tənzimlənməsi, POS-terminalların quraşdırılması və s. mövzular barədə ətraflı məlumat verilib. Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı praktiki məsələlər qeyd edilib. Hibrid formatda təşkil edilmiş görüşdə vergi ödəyicilərinin sualları cavablandırılıb və müvafiq istiqamətlərdə izahatlar verilib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?