6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Orxan Nəzərli: “Məqsədimiz aydındır — ədalətli, şəffaf və dayanıqlı vergi sistemi”

Orxan Nəzərli: “Məqsədimiz aydındır — ədalətli, şəffaf və dayanıqlı vergi sistemi”

“Bu gün dünya sürətlə dəyişir. Qlobal çağırışlar vergi idarəçiliyindən daha çox sürət, şəffaflıq və effektivlik tələb edir. Bu reallıqda vergi sistemi artıq yalnız fiskal nəzarət funksiyası yerinə yetirən qurum ola bilməz. Bizim yanaşmamız ondan ibarətdir ki, Dövlət Vergi Xidməti iqtisadi proseslərə istiqamət verən, dəyər yaradan instituta çevrilməlidir. Bu yeni mərhələyə keçid xarici təzyiqlərin məcburi nəticəsi deyil. Bu keçid daxildən başlayan transformasiyanın nəticəsidir. İdarəetmədə, qərarvermədə və məsuliyyət bölgüsündə dəyişiklik etmədən davamlı inkişaf mümkün deyil”.

Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən təşkil olunmuş “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forumdakı çıxışında DVX-nin rəisi Orxan Nəzərli deyib.

Orxan Nəzərli ötən il Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçün strategiyasının qəbul edildiyini və dərhal da onun icrasına başlanıldığını diqqətə çatdırıb:

“Strategiya bizim üçün idarəetmə modelidir. Bu model dəyişən iqtisadi mühitə çevik uyğunlaşmanı, aydın strateji baxışı və uzunmüddətli missiyanı özündə birləşdirir. Strategiyamız dörd əsas dəyərə söykənir və bu dəyərlər gündəlik fəaliyyətimizdə konkret qərarlara çevrilir".

DVX rəisi deyib ki, burada əsas məsələ yalnız texnologiya və ya struktur deyil. Əsas məsələ düşüncə tərzinin və təşkilati mədəniyyətin dəyişməsidir:

“Şəffaflıq və etimad vergi ödəyiciləri ilə münasibətlərin təməlidir və bu etimad olmadan dayanıqlı vergi sistemi qurmaq mümkün deyil. Hər bir strateji addımın ölçülə bilən nəticəsi olmalıdır. Məqsədimiz aydındır — ədalətli, şəffaf və dayanıqlı vergi sistemi. Biz artıq strategiyanın real praktiki icrasına keçmişik. Strategiyanın reallaşmasında növbəti mərhələ kimi biz idarəetmədə üç əsas sütunu önə çıxarırıq:

- strateji idarəetmə və təşkilati risklər üzrə sistemli yanaşma;

- məlumatlara əsaslanan qərarvermə, data analitika və süni intellekt tətbiqləri;

- daxili nəzarət və audit mexanizmlərinin beynəlxalq standartlara uyğun qurulması”.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?