6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2025-ci ildə cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105,5 faiz icra edilib

2025-ci ildə cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105,5 faiz icra edilib

2025-ci il qlobal siyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatı üçün sabitliyin və çevik uyğunlaşmanın ön plana çıxdığı bir il oldu. Bu mürəkkəb şəraitdə fiskal dayanıqlığın qorunması və dövlət gəlirlərinin davamlı təmin edilməsi əsas prioritetlərdən biri idi. Görülən tədbirlər nəticəsində fiskal daxilolmalarda müsbət dinamika əldə olunub.

Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən təşkil olunmuş “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forumdakı çıxışında DVX-nin rəisi Orxan Nəzərli deyib.

Orxan Nəzərli bildirib ki, ötən il Dövlət Vergi Xidmətinin üzərində olan fiskal daxilolmaların həcmi 24,2 mlrd. manata yaxın olub ki, bu da ümumi fiskal yığımların 79,1 faizini təşkil edir. 2025-ci ildə cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105,5 faiz, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 102,9 faiz icra edilib. Ümumilikdə dövlət büdcəsinə 16,4 mlrd. manata yaxın vergi daxilolması təmin edilib, bu zaman qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 mlrd. manatı keçib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?