14 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasına səfər edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev və Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov mənzil qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasına (International Anti-Corruption Academy – IACA) işgüzar səfər ediblər.

Səfər DVX-nin korrupsiyaya qarşı mübarizə sahəsində institusional inkişaf prioritetləri, şəffaflığın və hesabatlılığın artırılması, etik idarəetmə mexanizmlərinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyıb.

Görüşlər zamanı 2012-ci ildə iki qurum arasında imzalanmış Anlaşma Memorandumunun icra vəziyyəti nəzərdən keçirilib, əməkdaşlığın daha sistemli, davamlı və nəticəyönümlü mərhələyə keçirilməsi imkanları müzakirə edilib. Antikorrupsiya mexanizmlərinin təkmilləşdirilməsi, etik risklərin idarə olunması, liderlik və insan kapitalının inkişafı sahələrində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda, həyata keçiriləcək birgə fəaliyyətin vahid tədbirlər planı formatında strukturlaşdırılması barədə qarşılıqlı razılıq əldə olunub və əməkdaşlığın mərhələli və koordinasiyalı şəkildə davam etdirilməsi imkanları nəzərdən keçirilib.

Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, müasir idarəetmə standartlarının tətbiqi və antikorrupsiya prinsiplərinin institusional səviyyədə gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsi olan səfər çərçivəsində birgə elmi tədqiqat fəaliyyəti, ekspert mübadiləsi, eləcə də DVX-nin Tədris Mərkəzinin region ölkələri üçün mümkün təlim və əməkdaşlıq platforması kimi istifadəsi imkanları üzrə də fikir mübadiləsi aparılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?