6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətində əməkdaşlarla görüş keçirilib

Dövlət Vergi Xidmətində əməkdaşlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) 11 fevral – Vergi xidməti işçilərinin peşə bayramı münasibətilə təltif olunan əməkdaşlarla və gənc işçilərlə görüş keçirilib.

Tədbirdə mentorluq proqramına həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra çıxış edən Xidmət rəisinin müşaviri, İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova DVX-də gənc əməkdaşlar üçün tətbiq olunan mentorluq proqramı ilə bağlı ətraflı məlumat verib, proqramda fəal iştirak edən mentorlara təşəkkürünü bildirib. Baş idarə rəisi bu proqramın təşkilati dəyərlərin gənc əməkdaşlar arasında təşviqinə və daxili mədəniyyətin davamlılığının təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən DVX rəisi Orxan Nəzərli Xidmətin strateji prioritetləri və institusional inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. DVX rəisi vergi orqanlarında peşəkarlıq ənənələrinin qorunmasının və biliklərin davamlı ötürülməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, mentorluq proqramı gənc əməkdaşların potensialının üzə çıxarılması və təşkilati dəyərlərin gündəlik fəaliyyətə inteqrasiyası baxımından mühüm rol oynayır.

Görüş çərçivəsində peşə bayramı münasibətilə fərqlənmiş əməkdaşlara təltiflər təqdim olunub, xatirə şəkilləri çəkilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?