Vergi ödəyicilərinin nəzərinə!
“Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na əsasən, Rezidentlik sertifikatı almaq üçün “Rezidentlik sertifikatının alınması haqqında” Ərizə (DTA-01 forması) 2026-cı il fevralın 27-dən etibarən elektron qaydada Dövlət Vergi Xidmətinin rəsmi səhifəsi new.e-taxes.gov.az vasitəsilə təqdim edilməlidir. Rezidentlik sertifikatları (Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən daimi nümayəndəliklər, əcnəbilər və VÖEN-i olmayan fiziki şəxslər istisna olunmaqla) vergi ödəyicilərinə avtomatik qaydada təqdim olunacaq. Hər hansı bir texniki uyğunsuzluq yarandığı təqdirdə, məsələnin operativ həlli üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
