6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
POS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?

POS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?

Xidmət sahəsində fəaliyyət göstərdiyim obyekt üçün POS-terminalı necə əldə edə bilərəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə müvafiq olaraq, POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün Dövlət Vergi Xidməti bildiriş göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 10 iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir.

POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər və ya məlumatlar bank ekvayerə təqdim edilməlidir:

1. Vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada);

2. Sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (kağız daşıyıcıda) və ya şəhadətnamənin məlumatları (elektron formada);

3. Təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada);

4. Əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, POS-terminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bildirişin surəti (kağız daşıyıcıda) və ya bildirişin məlumatları (elektron formada).

POS-terminal sifarişçi tərəfindən təmin edildikdə, o, göstərilmiş sənədlərlə yanaşı, quraşdırılacaq POS-terminalı müvafiq proqram təminatının yüklənməsi üçün bank ekvayerə təqdim edir.

“POS-terminalın onlayn qeydiyyatı” ərizəsinin təqdim olunması məqsədilə İnternet Vergi Portalına daxil olub orada “Elektron xidmətlər” bölməsində yerləşdirilən istifadəçi təlimatına (həmçinin, videotəlimata) uyğun qaydada ərizəni elektron formada təqdim edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Qərarında göstərilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?