6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nəqliyyat-ekspedisiya sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Nəqliyyat-ekspedisiya sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Caspian Energy Club”un və Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının rəhbərləri, eləcə də nəqliyyat-ekspedisiya sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyinin nümayəndələri də iştirak ediblər.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes nümayəndələri tərəfindən nəqliyyat-ekspedisiya sahəsində verilmiş təkliflərlə bağlı görülmüş işlər barədə məlumat verib.

Görüş zamanı “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qəbul olunmuş Qanunun, habelə beynəlxalq yük daşımaları ilə bağlı vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin tətbiqi mexanizmləri geniş müzakirə olunub. İştirakçıların vergi qanunvericiliyinin tətbiqi və praktiki məsələlərə dair sualları cavablandırılıb, mövcud çətinliklər və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət - biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?