6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Reklam və marketinq agentlikləri ilə görüş keçirilib

Reklam və marketinq agentlikləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) reklam və marketinq agentlikləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi rəqəmsal platformalar üzərindən fəaliyyət göstərən şəxslərin, o cümlədən rəqəmsal platforma təsirçilərinin (influenser) tətbiq olunan vergitutma mexanizmlərinin icrası qarşılaşdıqları praktiki çətinliklərin öyrənilməsi və səmərəli müzakirə mühitinin yaradılması olub.

Görüş zamanı influenser fəaliyyəti, bu sahədə gəlirlərin uçotu və bəyan edilməsi, müqavilə münasibətlərinin rəsmiləşdirilməsi, hesabatlılıq və şəffaflıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Vergi Xidməti tərəfindən biznes subyektləri ilə açıq dialoqun davam etdiriləcəyi, başlıca məqsədin vergi intizamının gücləndirilməsi ilə yanaşı, sahibkarlıq mühitinin dəstəklənməsi və praktiki yanaşmaların formalaşdırılması olduğu vurğulanıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?