6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Müəllimlər üçün təlimlər keçirilib

Müəllimlər üçün təlimlər keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində cəmiyyətdə vergi savadlılığının sistemli şəkildə formalaşdırılması, xüsusilə təhsilalanlar arasında vergi mədəniyyətinin və maliyyə biliklərinin artırılması məqsədilə peşə təmayüllü siniflər üzrə təhsil proqramlarında dərs deyən müəllimlər üçün təlimlər təşkil olunub.

Bakı, Gəncə və Lənkəran şəhərlərində keçirilən təlimlərdə ümumilikdə 80-ə yaxın müəllim iştirak edib. Proqram çərçivəsində müəllimlərin vergi sahəsində bilik və bacarıqlarının gücləndirilməsi, müasir vergi inzibatçılığına dair anlayışlarının genişləndirilməsi və bu biliklərin şagirdlərə effektiv şəkildə ötürülməsi məsələlərinə xüsusi diqqət yetirilib.

“Vergi qanunvericiliyi” mövzusuna həsr olunan sessiyalarda vergilərin dövlətin sosial-iqtisadi inkişafındakı rolu, büdcə gəlirlərinin formalaşmasında əhəmiyyəti, vergilərin vaxtında və düzgün ödənilməsinin vacibliyi, əsas vergi növləri, eləcə də vergi ödəyicilərinin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Təlimlər interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb, real praktiki nümunələr əsasında müzakirələr aparılıb.

Qeyd edək ki, bu təşəbbüs gənc nəslin erkən yaşlardan vergi mədəniyyətinə yiyələnməsi, vətəndaş məsuliyyəti və maliyyə intizamı prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Təlimlərin gələcəkdə daha geniş auditoriyanı əhatə etməsi nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?