5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

2026-cı ilin yanvar ayı ərzində vergi orqanlarına 45 637 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz azdır. Müraciətlərdən 96,9 faizi ərizə, 3 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub.

Daxil olmuş müraciətlərdən 55,1 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 44,9 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 70,1 faizi həll olunub, 28,8 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxil olmuş faktiki şikayətlərdən 109-u həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, şəxsi hesab vərəqələri, vergi bəyannamələri, vergi borcu, vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.

2026-cı ilin yanvar ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 36, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 12 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?