6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri davam etdirilir

Vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri davam etdirilir

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanılması, satılması, habelə aksiz markası ilə markalanmalı olan məhsulların (malları) saxta aksiz markaları ilə markalanması, saxlanılması və ya satılması və s. faktlar üzrə istintaqı aparılan 117 cinayət işinin gedişatında 123 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və həmin cinayət işləri məhkəməyə göndərilib.

Ötən il ərzində vurulmuş ziyanın ödənilməsi ilə 37 cinayət işinin icraatına xitam verilib. 77 material üzrə cinayət işinin başlanılması rədd edilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri, o cümlədən cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 156,0 milyon manat, icraatı davam edən cinayət işləri və materiallar üzrə isə 56,9 milyon manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin olunub.

2025-ci il ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 60 vergi ödəyicisinə məxsus 75 obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. 38 vergi ödəyicisinə məxsus 43 obyektdə ümumilikdə 196 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunub. Həmin şəxslərin əmək hüquqları bərpa edilib və aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 398,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

2025-ci ildə vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,5 milyon manat vəsait ödənilməsi təmin edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?