6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı sahibkarlar üçün seminar keçirilib

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı sahibkarlar üçün seminar keçirilib

“Bakı KOB evi”ndə Dövlət Vergi Xidməti (DVX), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “SM Consulting” və “Gbaru.com”un birgə təşkilatçılığı ilə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı sahibkarların məlumatlandırılması məqsədilə seminar təşkil olunub. Tədbirdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 50-dək sahibkar iştirak edib.

Seminarda KOBİA-nın və DVX-nin nümayəndələri çıxış edərək, sahibkarların maarifləndirilməsi məqsədilə məlumatlandırıcı tədbirlərin davamlı olaraq keçirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, belə tədbirlər biznes subyektlərinin qanunvericilikdəki yeniliklər barədə operativ məlumat əldə etməsinə və fəaliyyətlərini daha effektiv planlaşdırmasına imkan yaradır.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı “SM Consulting” şirkəti tərəfindən təqdimat keçirilib, praktiki izahlar verilib və sahibkarların sualları cavablandırılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?