6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Elektron ticarət sahəsində vergi uçotu: qeyri-rezidentlər üçün yeni qaydalar

Elektron ticarət sahəsində vergi uçotu: qeyri-rezidentlər üçün yeni qaydalar

Elektron ticarətin sürətli inkişafı fonunda Azərbaycan Respublikasında rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub. Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir.

Layihəyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən və alıcısı Azərbaycan Respublikasında olan qeyri-rezidentlərin illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdiyi halda, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Dövriyyəsi bu həddən aşağı olan qeyri-rezidentlər üçün isə könüllü qeydiyyat mexanizmi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərin əsas məqsədi elektron xidmətlər üzrə ƏDV-nin birbaşa xidmət göstərən qeyri-rezident tərəfindən ödənilməsini təmin etməkdir. Bu yanaşma uçota alınmış rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə münasibətdə yerli istehlakçıların vergi ödəməsi praktikasını aradan qaldırır, vergi intizamının gücləndirilməsinə və vergi yükünün daha ədalətli bölüşdürülməsinə şərait yaradır.

Eyni zamanda, layihədə elektron ticarət anlayışına aid edilməyən xidmətlərin dairəsi də dəqiqləşdirilir. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, eləcə də internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri fərdiləşdirilmiş və birbaşa qarşılıqlı ünsiyyətə əsaslandığı üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Hazırkı qanunvericiliyə əsasən, vergi bəyannamələrinin təqdim olunması və vergi ödənişləri hesabat dövründən sonrakı ayın 20-dək həyata keçirilir. Təklif olunan dəyişikliklərdə bəyannamənin təqdim edilməsi müddəti dəyişmir. Lakin qeyri-rezidentlər üçün ƏDV-nin ödəniş müddəti hesabat dövründən sonrakı ayın sonuncu gününədək müəyyən edilir. Bu dəyişiklik beynəlxalq ödənişlərin xüsusiyyətləri nəzərə alınmaqla, texniki gecikmələrin qarşısını almaq məqsədi daşıyır.

Qanun layihəsində 6 aylıq keçid dövrünün müəyyən edilməsi rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırmaq məqsədini daşıyır.

Qeyd edək ki, təklif olunan dəyişikliklər beynəlxalq təcrübəyə və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması üzrə müasir yanaşmalara uyğun həyata keçirilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?