6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyiciləri ilə görüşlər keçirilib

Vergi ödəyiciləri ilə görüşlər keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan Göyçay, Ağdaş, Ucar, Zərdab və Kürdəmir rayonlarında sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüşlər keçirilib.

Görüşlər zamanı iştirakçılara vergi qanunvericiliyində və sosial sığorta sahəsində tətbiq edilən son yeniliklər, qanunvericiliyə edilmiş dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Tədbirlər çərçivəsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, büdcə daxilolmalarının tənzimlənməsi, eləcə də vergi nəzarətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bundan başqa, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara edilmiş dəyişikliklər barədə iştirakçılara geniş izahatlar verilib.

Sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?