6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyiciləri ilə görüş keçirilib

Vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.

Görüşdə qeyd olunan sahədə qanunvericiliyə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Xüsusilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə edilmiş dəyişikliklər çərçivəsində arağın illik minimum istehsal həcmi ilə bağlı tələblər diqqətə çatdırılıb, bu tələblərə riayət edilməməsinin qeydiyyatın ləğvi üçün əsas olduğu vurğulanıb, fəaliyyətin qanunvericiliyin tələbləri çərçivəsində davam etdirilməsi məqsədilə real istehsal həcmlərinə uyğun dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasının vacibliyi bildirilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, alkoqollu içki olan araq üzrə 2024–2025-ci illər üçün minimum istehsal həcmi 20 min dekalitr, 2026–2027-ci illər üçün isə 30 min dekalitr həcmində müəyyənləşdirilib. Bu tələb 2032-ci ilə qədər mərhələli şəkildə artırılmaqla 100 min dekalitrə çatdırılacaq.

Görüş zamanı aksizli malların, o cümlədən alkoqollu içkilərin (pərakəndə satış istisna olmaqla) nağd qaydada və qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə rəsmiləşdirilmədən alqı-satqısının həyata keçirilməsinin, habelə aksiz markası ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış məhsulların istehsalı və satışının yolverilməz olduğu vurğulanıb. Bu sahədə vergi nəzarəti tədbirlərinin mütəmadi olaraq həyata keçiriləcəyi bildirilib.

Vergi ödəyiciləri tərəfindən ünvanlanan suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?