6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Təsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?

Təsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?

Bir şirkət digər şirkətə faizlə borc verir. Şirkətlərin təsisçisi eyni, direktorları isə fərqlidir. Bu halda hüquqi cəhətdən hansısa problem, yaxud qanunsuz bir hərəkət varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər - aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və ya hüquqi şəxslərdir.

Sorğuda qeyd olunan şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduğunu nəzərə alaraq, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi - 18.2.3). Nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda, Vergi Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə, ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə, Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 18.1-ci, 18.2.3-cü, 110.1-ci maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?