15 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-faktura vergi inzibatçılığının sadələşdirilməsinə xidmət edir

Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir. 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiqi dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə sanksiya tətbiq edilir. Yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, birinci dəfə maliyyə sanksiyalarının məbləği təqdim edilən malların satış qiymətinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verildikdə isə 40 faizi həcmində olacaq.

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?