6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sahibkarların vergi qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və təkliflərinin öyrənilməsi məqsədilə görüşləri davam etdirir. Növbəti belə görüş Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə keçirilib.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov sahibkarların ictimai birlikləri və assosiasiyaları ilə mütəmadi şəkildə keçirilən belə görüşlərin sahəvi çətinliklərin və iqtisadiyyatın ayrı-ayrı sektorlarının inkişafı üçün real təkliflərin öyrənilməsi, gələcək vergi siyasətinin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib. Baş idarə rəisi tədbir iştirakçılarına 2026-cı il üçün vergi qanunvericiliyində edilmiş əsas dəyişikliklər barədə də məlumat verib.

Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bu kimi görüşlərin dövlət və özəl sektor arasında dialoqun inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Səkinə Babayeva vergi qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlərin müzakirəsinin əhəmiyyətini qeyd edib.

Sonra Assosiasiya üzvləri təmsil etdikləri sektorlarda qarşılaşdıqları məsələlərə dair fikirlərini bölüşüblər. Tibb sektorunda ƏDV-nin və gəlir vergisinin tətbiqi, büdcədən artıq ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmi, bir sıra xərclərin rəsmi tanınması və digər mövzular üzrə təkliflər səsləndirilib.

Assosiasiya üzvlərinin vergilərin ödənilməsi və hesabatlılıq sahəsində praktiki məsələlərlə bağlı sualları cavablandırılıb, görüş zamanı səsləndirilmiş bir sıra təkliflər isə gələcəkdə baxılması üçün qeydə alınıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?