6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib

Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) rəhbərliyi və nüməyəndələri ilə görüş keçirib. Görüşdə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin gücləndirilməsi, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər və dövlət - biznes əməkdaşlığının yeni istiqamətləri müzakirə olunub.

DVX rəisi Orxan Nəzərli bildirib ki, sahibkarlarla davamlı dialoq vergi inzibatçılığının inkişafı və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. DVX sahibkarlarla açıq və konstruktiv müzakirələrə hər zaman önəm verir, belə formatlı görüşlər qarşılıqlı etimadı möhkəmləndirir, gələcək fəaliyyətin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

Orxan Nəzərli həmçinin vurğulayıb ki, son illərdə vergi sistemində aparılan islahatların əsas hədəfi sahibkarlığın inkişafını təşviq etmək, şəffaf və bərabər rəqabət mühitini təmin etməkdir. Bu baxımdan biznesin tələblərinə uyğunlaşan çevik idarəetmə mexanizmləri formalaşdırılır, elektron xidmətlərin genişləndirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) nümayəndələri DVX-nin sahibkarlarla əməkdaşlığa verdiyi dəstəyi yüksək qiymətləndirib, son illərdə aparılan islahatların pərakəndə ticarət və geyim idxalı sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün müsbət təsirini vurğulayıblar.

Görüşdə sahibkarların vergi öhdəliklərinin yerinə yetirilməsi prosesində qarşılaşdıqları praktiki məsələlərlə bağlı təkliflər səsləndirilib, vergi inzibatçılığının daha da sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Vergi orqanlarının sahibkarlığa yanaşmasında tərəfdaşlıq prinsipinin daha da gücləndirilməsi yüksək qiymətləndirilib, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?