6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

2025-ci il ərzində vergi orqanlarına 435 838 müraciət daxil olub ki, bu da əvvəlki il ilə müqayisədə 7,8 faiz azdır. Müraciətlərin 94,7 faizi ərizə, 5,2 faizi şikayət, 0,1 faizi isə təkliflərdən ibarət olub. Daxil olmuş müraciətlərdən 97,9 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 2,1 faizi hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 55,3 faizi həll olunub, 42,5 faizi barədə müvafiq izahat verilib digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxil olmuş faktiki şikayətlərdən 7.647-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi borcu, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), operativ vergi nəzarəti tədbirləri, riskli vergi ödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlı olub.

2025-ci il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 707, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 47 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?