6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Duty Free”yə təqdim olunan mallara görə ƏDV öhdəliyi dəqiqləşdirilib

“Duty Free”yə təqdim olunan mallara görə ƏDV öhdəliyi dəqiqləşdirilib

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə daha bir sahədə vergitutma mexanizmi dəqiqləşdirilib. Vergi eksperti, “Bizcon Audit” MMC-nin rəhbəri Anar Bayramov Azərbaycan Risk Peşəkarları Assosiasiyasının təşkil etdiyi seminarda bu barədə məlumat verib.

Ekspertin sözlərinə görə, 2026-cı ildən rüsumsuz ticarət mərkəzlərinə (Duty Free) təqdim olunan mallara görə ƏDV 0 dərəcə ilə hesablanacaq: “Uzun illər aktual olan rüsumsuz ticarət mərkəzlərinə malların 18% dərəcə, yoxsa 0 dərəcə ilə təqdim edilməsi mübahisə predmeti idi və vergi ödəyiciləri üçün risklər yaradırdı. Bir tərəfdən belə izah edilirdi ki, rüsumsuz ticarət mərkəzlərinə malların verilməsi onların ixracı hesab olunur. Çünki xarici və yerli vətəndaşlar ölkədən çıxanda oradan mal alırlar. Bir növ, həmin məhsullar ixrac sayılır. Bilirik ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların ixracı 0 dərəcə ilə ƏDV-yə cəlb olunur. Malların “Duty Free”yə təqdim olunması ilə bağlı sənədləşmədə ixrac gömrük bəyannaməsi tərtib olunurdu. Amma vergi qanunvericiliyində malların rüsumsuz ticarət mərkəzlərinə verilməsinin ƏDV-yə 0 dərəcə ilə cəlb olunması ilə bağlı normativ qayda yox idi. Artıq son dəyişikliklərdən sonra bu məqam Məcəllədə öz əksini tapıb. Rüsumsuz ticarət mərkəzlərinə satılan mallar artıq ƏDV-yə 0 dərəcə ilə cəlb olunacaq”.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?