6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şirvan şəhərində vergi ödəyiciləri ilə görüş keçirilib

Şirvan şəhərində vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə yeni qeydiyyatdan keçmiş, eləcə də fəaliyyəti bərpa olunmuş sahibkarlar iştirak ediblər.

Görüş zamanı vergi ödəyicilərinin hüquq və vəzifələri, vergitutma məqsədləri üçün uçotun aparılması, bəyannamələrin düzgün tərtib olunması və vaxtında təqdim edilməsi zərurəti barədə ətraflı məlumat verilib. Bundan başqa, tədbir iştirakçılarına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə və sadələşdirilmiş vergi bəyannaməsinin öncədən doldurulması (“prefiling”) elektron xidməti, ödəyicilərin elektron kabinetdən istifadəsi ilə bağlı mövzular izah edilib.

Sahibkarların inzibatçılıq prosesləri barədə sualları cavablandırılıb, təklifləri qeydə alınıb. Analoji görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?